Azərbaycan iki ölkədən kerosin idxalını bərpa edib

Energetika
  • 29 sentyabr, 2022
  • 05:42
Azərbaycan iki ölkədən kerosin idxalını bərpa edib

Bu ilin ilk 7 ayında Azərbaycan xaricdən 7,981 milyon ABŞ dolları dəyərində 5 min 265 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağı istisna olmaqla) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,8 dəfə, kəmiyyət olaraq – 3,5 dəfə çoxdur.

Hesabat dövründə Niderlanddan 6,218 milyon ABŞ dolları dəyərində 4 min 004 ton (bir il əvvəl tədarük olmayıb), Belçikadan 1,466 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 1 min 069 ton (-28,8 %), İtaliyadan 235,93 min ABŞ dolları dəyərində 178 ton (tədarük olmayıb), Almaniyadan 25,34 min ABŞ dolları dəyərində (+8 dəfə) 6,12 ton (+20 dəfə), Türkiyədən 15,56 min ABŞ dolları dəyərində (+14 dəfə) 2,93 ton (+21 dəfə) məhsul idxal edilib.

Bir il 7 aylıq fasilənin ardından Fransadan, 1 il 6 ayın tamamında Çindən tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,3 min ABŞ dolları dəyərində 0,03 ton və 0,5 min ABŞ dolları dəyərində 0,23 ton kerosin gətirilib.

Ötən il Azərbaycanın xaricdən (14 ölkədən) aldığı 4 min 511 ton kerosinin 66,5 %-i Belçikanın payına düşüb.