Azərbaycan I rübdə 146 milyon kubmetrə yaxın qaz idxal edib

Energetika
  • 22 may, 2025
  • 11:43
Azərbaycan I rübdə 146 milyon kubmetrə yaxın qaz idxal edib

Bu ilin yanvar-mart aylarında Azərbaycana bəyan edilmiş qaz idxalının həcmi 145 milyon 635,91 min kubmetr təşkil edib.

Bu barədə “Report” Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə azdır.

Hesabat dövründə Azərbaycana idxal olunan qazın dəyəri 1,6 dəfə azalaraq 22 milyon 461,67 min ABŞ dolları təşkil edib.

Qaz idxalının ümumi həcmində 19 milyon 204,18 min ABŞ dolları dəyərində (-1,9 dəfə) 128 milyon 27,84 min kubmetr "mavi yanacaq" (-1,9 dəfə) Türkmənistandan tədarük edilib.

Bundan başqa, hesabat dövründə Rusiyadan 3 milyon 257,49 min ABŞ dolları dəyərində 17 milyon 608,07 min kubmetr qaz idxal edilib. Ötən ilin yanvar-mart aylarında bu ölkədən Azərbaycana qaz tədarükü həyata keçirilməyib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalının dəyəri 86 milyon 988,38 min ABŞ dolları (-4,2 dəfə), həcmi isə 546 milyon 819,58 min kubmetr (-4,3 dəfə) təşkil edib. İdxal Rusiya və Türkmənistandan həyata keçirilib.