Azərbaycan Gürcüstana qaz nəqlini 22 %-dən çox artırıb

Energetika
  • 15 dekabr, 2022
  • 10:27
Azərbaycan Gürcüstana qaz nəqlini 22 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstana 2,2 milyard kubmetr təbii qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-noyabr ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, ötən ilin 11 aylıq dövrü ilə müqayisədə 400 milyon kubmetr və ya 22,2 % çoxdur.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə qaz satışı 20,1 milyard kubmetr təşkil edib. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 19 % çoxdur.

Qeyd edək ki, Gürcüstana Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə Gürcüstan bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub.