Azərbaycan daha iki ölkəyə metanol ixrac etməyə başlayıb
- 22 fevral, 2024
- 07:16
2023-cü ildə Azərbaycan 89,9 milyon ABŞ dolları dəyərində 501 min 571 ton metanol (metil spirti) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 1 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 20,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 110 min 535 ton (-15 %), Rumıniyaya 16,3 milyon ABŞ dolları dəyərində (-30 %) 86 min 225 ton (+0,5 %), İtaliyaya 13,6 milyon ABŞ dolları dəyərində (+16 %) 78 min ton (+73 %), Niderlanda 11,7 milyon ABŞ dolları dəyərində (-74 %) 67 min 631 ton (-62 %), Sloveniyaya 9,6 milyon ABŞ dolları dəyərində (+12 dəfə) 57 min ton (+14 dəfə) məhsul satıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya (7,1 milyon ABŞ dolları dəyərində 36 min 897 ton) və Malayziyaya (4,1 milyon ABŞ dolları dəyərində 28 min 620 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (9 ölkədən) idxal edilmiş 504 min 333 ton metanolun 35,7 %-i Niderlandın, 25,7 %-i Türkiyənin, 17 %-i Rumıniyanın payına düşüb.