Azərbaycan daha iki ölkəyə antifriz ixrac etməyə başlayıb
- 22 sentyabr, 2022
- 07:59
Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xaricdən 2,261 milyon ABŞ dolları dəyərində 1 min 605 ton antifriz gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,8 %, kəmiyyət olaraq – 25,6 % azdır.
Rusiyadan 516,47 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 44,3 % azalıb) 554,46 ton (-52,8 %), Almaniyadan 442,84 min ABŞ dolları dəyərində (-17 %) 169,62 ton (-31 %), Türkiyədən 394,98 min ABŞ dolları dəyərində (+98 %) 223,5 ton (+77 %), Ukraynadan 325,34 min ABŞ dolları dəyərində (+41 %) 359,9 ton (+0,1 %), Belçikadan 284,57 min ABŞ dolları dəyərində (+66,9 %) 108,9 ton (+21 %) məhsul idxal edilib.
Hesabat dövründə Azərbaycandan xaricə 77,68 min ABŞ dolları dəyərində 88,29 ton antifriz göndərilib ki, bu da bir il əvvəlki göstəricidən müvafiq olaraq 4,1 dəfə və 12,6 dəfə çoxdur.
Moldovaya 50,45 min ABŞ dolları dəyərində 56,74 ton, İraqa 17,61 min ABŞ dolları dəyərində 22,62 ton, Livana 6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 6,19 ton (+64 %), Gürcüstana 2,51 min ABŞ dolları dəyərində 2,74 ton, Rusiyaya 1,12 min ABŞ dolları dəyərində (+11,2 dəfə) 0,01 ton (dəyişməyib) məhsul satılıb.
Bir il 11 aylıq fasilənin ardından Gürcüstana ixrac bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldova və İraqa tədarük həyata keçirilib.