Azərbaycan bu il idxal etdiyi “Premium Euro-95” markalı benzinin həcmini açıqlayıb

Energetika
  • 17 sentyabr, 2024
  • 07:41
Azərbaycan bu il idxal etdiyi “Premium Euro-95” markalı benzinin həcmini açıqlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 41 min 815,92 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 % azdır.

Hesabat dövründə idxal olunan “Premium Euro-95” markalı benzinin dəyəri 41 milyon 086,49 min ABŞ dolları (0,3 % az) təşkil edib.

İdxalın strukturunda bütün tədarükün 37,2 %-i və ya 15 min 544,95 tonu (41,8 % az) 14 milyon 291,95 min ABŞ dolları dəyərində (42,9 % az) Rusiyadan təmin edilib.

Qalan tədarük həcmi aşağıdakı ölkələrin payına düşüb: Yunanıstan - 7 milyon 122,06 min ABŞ dolları dəyərində 6 min 585,27 ton, Bolqarıstan – 2 milyon 822,3 min ABŞ dolları dəyərində 2 min 553,47 ton, Rumıniya – 2 milyon 328,35 min ABŞ dolları dəyərində 2 min 183,66 ton, BƏƏ - 697,45 min ABŞ dolları dəyərində 782,77 ton və Belarus - 13 milyon 824,39 min ABŞ dolları dəyərində 14 min 165,8 ton.

Statistikaya əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana “Super Euro-98” markalı benzinin idxalı 1 milyon 623,17 min ABŞ dolları (40,5 % çox) olmaqla 1 min 323,96 ton (40,2 % çox) təşkil edib.

İdxal strukturunda Belarusdan 337,27 min ABŞ dolları dəyərində 275,1 ton, Bolqarıstandan 695,12 min ABŞ dolları dəyərində 566,98 ton, Rumıniyadan 590,78 min ABŞ dolları dəyərində 481,88 ton benzin tədarük edilib.

Xatırladaq ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinlərinin Azərbaycana idxalı 2014-cü il aprelin 1-dən başlanılıb.