Azərbaycan bu il elektrik enerjisi ixracını 8% azaldıb
Energetika
- 24 oktyabr, 2016
- 13:48
Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycandan bu ilin yanvar-sentyabr ayları ərzində 12 932,42 min ABŞ dolları dəyərində elektrik enerjisi xarici ölkələrə satılıb.
“Report”un Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 150,09 min dollar yaxud 8,17% azdır.
İxrac edilən elektrik enerjisinin qiymətindən fərqli olaraq həcmində müsbət dinamika müşahidə edilib. Belə ki, bu ilin ilk 9 ayında xarici ölkələrə 292,729 min kVt/saat enerji satılıb ki, bu da 2015-ci ilin ilk üç rübü ilə müqayisədə 58,392 min kVt/saat yaxud 24,92% çoxdur.
Hesabata görə, bu il ixrac edilən elektrik enerjisi ümumi ixracın 0,78%-nə bərabər olub.
Son xəbərlər
05:22
Karlo Ançelotti: "Braziliya futboluna yüksək səviyyəli oyunçuların gəlməsinə ehtiyac var"
Futbol05:14
Stole Solbakken: "Braziliya ilə oyunda möhkəm və taktiki cəhətdən düzgün oyun göstərdik"
Futbol05:01
DÇ-2026: Meksika - İngiltərə oyunu başlayıb
Futbol04:44
Türkiyədə sakinlərin dəstəyilə qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib
Region04:19
Neymar Braziliya millisindəki karyerasını başa vurub
Futbol04:07
Ərdoğan NATO sammitində Rusiya-Ukrayna dialoqun bərpasına çağıracaq
Region04:06
DÇ-2026: Meksika - İngiltərə matçının başlama vaxtı hava şəraiti səbəbindən dəyişdirilib
Futbol03:36
ABŞ-də Müstəqillik Günü şənlikləri zamanı 400-dən çox insan saxlanılıb
Digər ölkələr03:18
Foto