Azərbaycan 4 ayda idxal etdiyi “AI-92” markalı benzinin həcmini açıqlayıb
- 21 iyun, 2025
- 10:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 58,11 milyon ABŞ dolları dəyərində 74 min 404,34 ton “AI-92” markalı avtomobil benzini idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunmuş benzinin həcmi 7,6 dəfə, dəyəri isə 7,4 dəfə artıb.
Yanvar-aprel aylarında Azərbaycan Rusiyadan 42,522 milyon ABŞ dolları (+5,4 dəfə) dəyərində 56 min 237,45 ton (+5,8 dəfə) benzin idxal edib. Hesabat dövründə Azərbaycana “AI-92” markalı benzinin idxalında Rusiyanın payı 75,6 % təşkil edib.
Bundan başqa, Rumıniyadan 3 milyon ABŞ dolları dəyərində 3 min 670,04 ton, Belarusdan isə 12,61 milyon ABŞ dolları dəyərində 14 min 496,86 ton benzin idxal edilib.
Eyni zamanda yanvar-aprel aylarında Azərbaycan 1 milyon 351,06 min dəyərində 2 min 89,54 ton “AI-92” markalı benzin ixrac edib. Bu həcmin 803,77 min dəyərində 1 min 93,57 tonu Gürcüstana, 547,29 min dəyərində 995,97 tonu isə Türkiyəyə ixrac edilib.
Azərbaycanda "AI-92" markalı avtomobil benzini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. 2024-cü ildə Azərbaycan "AI-92" markalı avtomobil benzini ixrac etməyib.