Azərbaycan 2 illik fasilədən sonra Bolqarıstana neft ixracını bərpa edib

Energetika
  • 21 noyabr, 2024
  • 10:22
Azərbaycan 2 illik fasilədən sonra Bolqarıstana neft ixracını bərpa edib

Azərbaycan 2 ildən artıq fasilədən sonra Bolqarıstana neft satışını bərpa edib.

“Report”un Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu ilin oktyabrında Azərbaycan Bolqarıstana 80 min 853,09 ton xam neft ixrac edilib. Bu miqdarda məhsulun dəyəri 45 milyon 989,25 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Bolqarıstana xam neft ixracını bərpa edib. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında bu ölkəyə 268,72 min ABŞ dolları dəyərində 471,01 min ton neft tədarük olunub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə