Avropada qaz fyuçersləri 8% ucuzlaşıb
Energetika
- 02 yanvar, 2023
- 09:50
2023-cü ildə həftənin ilk iş günündə Avropada qazın qiyməti min kubmetr üçün 800 dollardan aşağı olub.
“Report”un məlumatına görə, bunu “ICE London” Fond Birjasının məlumatları sübut edir.
TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri hər min kubmetr üçün 777,3 ABŞ dolları (-8%) səviyyəsində ticarət edilib. Daha sonra onların dəyəri 790,5 dollar (-6,4%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün, ötən həftənin cümə gününün hesablaşma qiymətinə (min kubmetr üçün 844,3 ABŞ dollar) əsaslanır.
Xatırladaq ki, dekabrın 30-da kotirovkalar son 10 ayda ilk dəfə olaraq min kubmetr üçün 800 dollardan aşağı düşmüşdü.
Son xəbərlər
02:46
Möhsün Rezai: ABŞ-yə etibar etmirik
Region02:09
Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
Digər ölkələr01:38
Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Digər ölkələr01:17
Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək
Digər ölkələr00:55
İran ABŞ-nin sanksiyalarına hazır olduğunu bildirib
Region00:27
Ukrayna ilə Britaniya bəzi süni intellekt alətlərini birgə hazırlayacaq
Digər ölkələr23:57
Məsud Pezeşkian və Asim Munir ABŞ-İran danışıqlarını müzakirə ediblər
Region23:44
ABŞ İranı blokadasının bir hissəsi kimi 71 kommersiya gəmisini yönləndirib
Digər ölkələr23:25