Avropa birjalarında qaz 14 % ucuzlaşıb

Energetika
  • 24 avqust, 2023
  • 18:21
Avropa birjalarında qaz 14 % ucuzlaşıb

Avropada qazın birja qiymətləri cümə axşamı hərracın yekunlarına görə 13,6 % azalaraq hər min kubmetr üçün 355 ABŞ dolları təşkil edib.

"Report"un məlumatına görə, bu barədə London ICE birjasının məlumatında deyilir.

TTF indeksi (Niderlandda yerləşən Avropanın ən böyük mərkəzi) üzrə sentyabr (ən yaxın) fyuçersləri min kubmetr üçün 342,8 dollar (-16,6 %) səviyyəsində ticarət açdı. Cümə axşamı ən yüksək qiymət 380,6 dollar (-7,4 %), aşağı qiymət isə 331,7 dollar (-19,3 %) təşkil edib. Ən son fyuçerslər 354,9 dollara (-13,6 %) alınıb. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə əsaslanır - hər min kubmetr üçün 410,8 dollar.