Alparslan Bayraktar: "Türkiyə və Azərbaycan elektrik interkonnektorlar layihələrində yeni mərhələyə keçir"

Energetika
  • 11 sentyabr, 2026
  • 13:59
Alparslan Bayraktar: Türkiyə və Azərbaycan elektrik interkonnektorlar layihələrində yeni mərhələyə keçir

Türkiyə və Azərbaycan yeni elektrik bağlantı imkanlarını ortaq şəkildə qiymətləndirəcək.

"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.

Nazirin sözlərinə görə, Türkiyə həm infrastruktur potensialı, həm də strateji coğrafi mövqeyi ilə bölgənin enerji sahəsində ən əhəmiyyətli mərkəz dövlətlərindən biridir: "Bu səbəbdən interkonnektorların yaradılması ilə bağlı layihələr və yeni təşəbbüslərlə regional enerji infrastrukturumuzu genişləndirir, həm hər iki ölkənin, həm də regionun, xüsusən Avropanın enerji təchizatı təhlükəsizliyinə dəstək verməyə davam edirik. Mən bu imkandan yararlanaraq, forum çərçivəsində fəaliyyət göstərən işçi qruplarımızın indiyədək reallaşdırdığı işləri və təqdim etdiyi töhfələri ayrıca yüksək qiymətləndirdiyimizi vurğulamaq istəyirəm. Qurumlarımızın, texniki ekspertlərimizin və özəl sektor təmsilçilərinin təcrübə və informasiya mübadiləsi əməkdaşlığımızın daha da dərinləşməsi baxımından olduqca böyük önəm daşıyır".

A. Bayraktar əmin olduğunu bildirib ki, bu gün bu forum vasitəsilə irəli sürüləcək fikirlər, aparılacaq qiymətləndirmələr və paylaşılacaq təcrübələr qarşıdakı dövr üçün əməkdaşlığa istiqamət verəcək.

"Lakin bu gün gündəm daha çox elektrik enerjisi və interkonnektorlar üzərində cəmlənib. Çünki bu istiqamətdə ciddi bir dinamika əldə etmişik. İnanıram ki, hazırkı layihələrimizi müvəffəqiyyətlə irəlilətmək və yeni bağlantı imkanlarını birgə nəzərdən keçirəcəyimiz bir mərhələyə doğru addımlayırıq".

44 filmi