Aİ ölkələrinin yanvarda Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlanıb
- 07 aprel, 2025
- 14:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) ölkələri bu ilin yanvar ayında Azərbaycandan 1 milyon 317,416 min ton neft idxal edib ki, bu da 2024-cü ilin müvafiq ayının göstəricisindən 29,2 % çoxdur.
Bu barədə “Report” Aİ Statistika İdarəsinin (“Eurostat”) məlumatına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə tədarük olunan neftin dəyəri 758,396 milyon avro (artım 27,1 %) təşkil edib.
Yanvarda Azərbaycandan ən çox neft idxal edən Aİ ölkələrinin ilk beşliyində İtaliya (265,298 milyon avro dəyərində (-21,5 %) 455,485 min ton (-21,4 dəfə), Çexiya (153,201 milyon avro dəyərində (+27,4 %) 279,573 min ton (+34,6 %), Almaniya (124,054 milyon avro dəyərində (+44,8 dəfə) 213,132 min ton (+46,7 dəfə), Portuqaliya (690,122 milyon avro dəyərində (-0,3 %) 138,225 min ton (-2,2 %) və Xorvatiya (51,44 milyon avro dəyərində 89,348 min ton (2024-cü ilin yanvarında ixrac həyata keçirilməyib) yer alıb.
Xatırladaq ki, "Eurostat"ın məlumatına görə, Aİ ölkələri 2023-cü ildə Azərbaycandan təxminən 12,4 milyard avro məbləğində (2022-ci illə müqayisədə -18 %) 20,3 milyon tona yaxın neft (+2,6 %) idxal edib.