AÇG üzrə əsaslı xərclər 31 %-dən çox artıb
- 06 avqust, 2026
- 13:02
Bu ilin yanvar-iyun aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar bloku üzrə əməliyyatlara təxminən 268 milyon ABŞ dolları məbləğində əməliyyat xərcləri və 733 milyon ABŞ dollarına qədər əsaslı məsrəflər yönləndirilib.
"Report" xəbər verir ki, bu barədə blokun operatoru olan "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarısının nəticələrinə dair yayımladığı biznes hesabatında bildirilib.
Cari ilin ilk altı ayında AÇG bloku üzrə əməliyyat məsrəfləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 milyon ABŞ dolları, yəni 3,5 % artım göstərib. Əsaslı xərclər isə 175 milyon ABŞ dolları və ya 31,4 % artıb.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsinə dair saziş (PSA) 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ təsis edilib.
2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarı və hasilatın pay bölgüsünə dair yenilənmiş saziş imzalanıb. Bu müqavilə yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də pay sahibləri bunlardır: BP (30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %).