Azərbaycan bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüquq normaları əsasında qurur - Rəy
- 13 noyabr, 2026
- 19:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, bərabərhüquqluluq, qarşılıqlı hörmət və maraqlar əsasında qurur.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O, son dövrlərdə Azərbaycanın ABŞ, Çin və digər nüfuzlu ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsini konkret dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib:
V.Rəhimzadə bildirib ki, sözügedən Birgə Bəyannamənin mühüm siyasi məqamlarından biri də həmin sənəddə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsidir:
"Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə yönəlik diqqətin göstəricisidir. Böyük Britaniyanın regionda davamlı sülhə ikitərəfli dialoq yolu ilə nail olunmasına dəstəyini ifadə etməsi də bu kontekstdə mühüm əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi yalnız region ölkələri üçün deyil, Avropa ilə Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından da vacibdir".