Abşeron, Astara və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq
Energetika
- 07 sentyabr, 2015
- 12:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 sentyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bolqarıstan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Ramanı-südçülük və "Bolqarıstan" sovxozunun, eləcə də Maştağa kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Qazax və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
Son xəbərlər
19:43
Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
Futbol
19:36
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Hadisə
19:28
Çində 7 maqnitudalı zəlzələ olub
Digər ölkələr
19:24
Foto
Brüsseldə aksiya iştirakçıları: İtkin düşmüş soydaşlarımız haqqında həqiqəti hər kəsə çatdırmaq istəyirik
Qarabağ
19:21
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub
Futbol
19:21
Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb
Maliyyə
19:12
Video
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
Region
19:00
ABŞ 2054-cü ilə qədər hər il Qətərə 4 milyon ton LNG tədarük edəcək
Digər ölkələr
18:42
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət