ABŞ-ın nəhəng şirkətləri vəsaitlərini ölkəyə qaytarır

Energetika
  • 30 yanvar, 2018
  • 07:23
ABŞ-ın nəhəng şirkətləri vəsaitlərini ölkəyə qaytarır
"Exxon Mobil" rəhbəri Darren Vuds

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə ölkədə aparılan vergi islahatları artıq müsbət təsirini göstərməyə başlayıb. 

"Report" CNBC telekalına istinadən xəbər verir ki, ABŞ-ın nəhəng neft-qaz şirkəti "Exxon Mobil" yaxın 5 il ərzində ölkə iqtisadiyyatına 50 mlrd. dollar həcmində investisiya yatırmağa hazırlaşır.

Şirkətin rəhbəri Darren Vuds (Darren Woods) bildirib ki, investisiyalar əsasən vergi islahatları nəticəsində Amerika biznesi üzərində yükün azaldılması ilə əlaqədardır: "Bu müsbət qərar ABŞ-da bir çox sahələrdə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq".

"Exxon Mobil"in investisiyalarının əsasən Texas və Nyu-Mexiko ştatlarında yerləşən Perm hövzəsində şist neft hasilatına yönəldiləcəyi bildirilir.