ABŞ-da işlək neft quyularının sayı kəskin azalıb
Energetika
- 13 fevral, 2016
- 11:40
Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ-ın "Baker Hughes" şirkəti tərəfindən hər həftənin cümə günləri açıqlanan hesabata əsasən, ölkədə işlək vəziyyətdə olan neft və qaz quyularının sayı kəskin azalıb.
"Report" xəbər verir ki, keçən həftə ümumi neft-qaz quyularının sayı 30 ədəd və ya 5,3% azalaraq 541 ədəd təşkil edib. Aktiv neft quyularının sayı 28 ədəd və ya 6% azalaraq 439 ədəd, qaz quyularının sayı isə 2 ədəd və ya 2% azalaraq 102 ədədə enib.
Beləliklə, aktiv quyuların sayının azalması son 22 həftədə 21 dəfə baş verib. Hesabatın açıqlanmasından sonra, dünən (fevralın 12-də) WTI markalı Texas neftinin qiyməti günü 10,89% artımla - 29,07 dollar/barelə yüksələrək tamamlayıb.
Son xəbərlər
12:33
Azərbaycanda şəhər inkişafı ilə bağlı ilk milli siyasət işlənib hazırlanır
Daxili siyasət12:32
AMB ödəniş bazarının iki iştirakçısı ilə bağlı inzibati məsuliyyət tədbiri görüb
Maliyyə12:29
"Sabah"ın rekordlarla zəngin uğur hekayəsi – Azərbaycanın Çempionlar Liqasındakı yeni siması – ŞƏRH
Futbol12:26
Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə12:26
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Ekologiya12:15
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
Region12:08
Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır
Digər ölkələr12:06
Foto
"AzərEnerji" Çinin "Universal Energy" şirkəti ilə əməkdaşlığı müzakirə edib
Energetika12:00