Azərbaycanda şəhər inkişafı ilə bağlı ilk milli siyasət işlənib hazırlanır

Daxili siyasət
  • 03 sentyabr, 2026
  • 12:33
Azərbaycanda şəhər inkişafı ilə bağlı ilk milli siyasət işlənib hazırlanır

Azərbaycanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) texniki dəstəyi ilə şəhər inkişafı sahəsində ilk milli siyasət hazırlanır.

"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın Azərbaycandakı rəhbəri Anna Soave Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bu, ölkəyə artıq mövcud olan praktikanı və toplanmış təcrübəni dövlət siyasətində möhkəmləndirmək imkanı verəcək.

A.Soave qeyd edib ki, müvafiq siyasət hələ formalaşır, Azərbaycanın isə bu prinsipi artıq erkən mərhələdə dövlət siyasətinə inteqrasiya etmək üçün nadir imkanı var: "Bu prinsipləri daha sonra inteqrasiya etməyə çalışmaqdansa, indi birbaşa planlaşdırma sisteminə daxil etmək qat-qat məntiqlidir".

O, həmçinin vurğulayıb ki, minatəmizləmə fəaliyyəti Azərbaycanın ərazi planlaşdırılmasının daimi elementinə çevrilməlidir.

UN-Habitat-ın Azərbaycandakı rəhbəri üç praktiki istiqaməti qeyd edib: fəaliyyətlərin ardıcıllığının müəyyən edilməsi, institusional koordinasiya, eləcə də monitorinq sistemi və müvafiq göstəricilər.

O vurğulayıb ki, minatəmizləmə fəaliyyətinə işlər başa çatdıqdan sonra bitən bir proses kimi baxılmamalıdır.

A.Soavenin sözlərinə görə, öz ərazilərini mina təhlükəsindən tamamilə təmizləməyə nail olmuş ölkələr son nəticədə minatəmizləmə fəaliyyətinin uzunmüddətli ərazi planlaşdırılmasına inteqrasiyasının zəruriliyini dərk ediblər.

44 - Tezliklə