"ABB Energy Industries": Azərbaycanda bərpa olunan enerjiyə keçid üçün güclü baza mövcuddur
- 03 iyun, 2026
- 15:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda bərpa olunan enerjiyə keçid üçün güclü əsaslar var.
"Report" xəbər verir ki, bunu "ABB Energy Industries"in strateji satışlar və əsas müştərilər üzrə meneceri Ceyms Heterington Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, bu keçid üçün dayaq nöqtəsi kimi uğurlu və məhsuldar neft-qaz sənayesi çıxış edir: "Səngaçal terminalında BP və Azərbaycan hökuməti dekarbonizasiya həyata keçirir və təmiz enerjiyə keçirmək niyyətindədir. Beləliklə, BP hazırda sahəyə elektrik enerjisi təmin edən qaz turbinlərini istismardan çıxarır və Zirə Milli Şəbəkəsinə qoşulur. İstənilən şəbəkəyə qoşulmaq sabitlik riskləri yaradır. Bu da aşağı gərginlik riskləri və ətalət çatışmazlığı riskləri artırır. ABB-nin sinxron kompensatorlar həlli var. Bu köhnə texnologiyadır və mahiyyət etibarilə mühərrik və ya generatora bənzər böyük fırlanan maşındır. Əslində, hər ikisi kimi fəaliyyət göstərə bilərlər. Bu, şəbəkədəki hər hansı pozuntuların sahəyə keçməsinin və nəticədə elektrik təchizatının kəsilməsinin qarşısını alacaq. Belə kəsinti təkcə terminalı deyil, həmçinin Xəzər dənizindəki aktivləri də dayandırır".
O bildirib ki, böyük miqyasda bərpa olunan enerji generasiya etmək üçün texnologiyalar olsa da, bunları bir ekosistem daxilində birlikdə işlətməkdə böyük çətinlik yaşanır: "Mahiyyət etibarilə, şəbəkə bərpa olunan enerji inteqrasiyası üçün qurulmayıb. O, böyük buxar turbinləri kimi qalıq yanacaqla işləyən iri, tək generasiya edən aktivlər üçün qurulub. İndi isə günəş və külək turbinləri kimi daha kiçik, daha dağınıq generasiya edən aktivlərin çoxluq təşkil etdiyi bir ssenariyə keçirik. Azərbaycan texniki baxımdan bu texnologiyadan yararlanmaq üçün mükəmməl mövqedədir. İki il əvvəl Bakıda keçirilən COP-29 ölkə bu çağırışın sürətləndirilməsi istiqamətində bəzi öhdəlikləri möhkəmləndirdi".