2026/2027-ci tədris ili üçün peşə təhsilinə 33 120 plan yeri ayrılıb
- 23 iyul, 2026
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
2026/2027-ci tədris ili üçün peşə təhsilinə 33 120 plan yeri ayrılıb.
"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb:
"2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb. Ayrılmış plan yerlərinin 3 000-i ilk peşə təhsili səviyyəsinə, 27 260-ı texniki peşə təhsili, 2 860-ı yüksək texniki peşə təhsilinə aiddir. Həmçinin xatırladım ki, "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, yeni tədris ili üzrə peşə təhsilinə 28 140 tələbənin qəbul olunması hədəflənir".
İ.Bayramlı qeyd edib ki, qəbul planının 74%-ni (24 425 yer) dövlət sifarişli yerlər təşkil edir:
"Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52 % artıb".