Vasif Qafarov: Universitetlərin bir qismi ştata müəllim götürməkdən yayınır

Elm və təhsil
  • 13 noyabr, 2025
  • 14:03
Vasif Qafarov: Universitetlərin bir qismi ştata müəllim götürməkdən yayınır
Vasif Qafarov

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir qismi ştata müəllim götürməkdən yayınır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, bəzi özəl universitetlər isə ümumiyyətlə ştata müəllim götürmürlər:

"Misal olaraq, müəllimlə 15 sentyabr–15 yanvar tarixlərində 4 aylıq, bir aylıq fasilədən sonra yenə də həmin müddətlik müqavilə bağlanılır. Nəticədə müəllimə 15 yanvar-15 fevral və 15 iyun-15 iyul tarixlərində iki aylıq əməkhaqqı və məzuniyyət pulunu ödəməkdən yayınırlar. Müəllimin əməyinə bu cür qiymət verən universitetin məqsədi yəqin təhsil vermək yox, pul qazanmaqdır. Hesab edirəm ki, bu cür hallar Əmək qanunvericiliyinin tələblərinin və müəllimlərin hüquqlarının pozulmasıdır. Ona görə bu cür halların qarşısı alınmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti