UniDestin Təhsil Mərkəzində ABŞ universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək

Elm və təhsil
  • 11 noyabr, 2025
  • 12:58
UniDestin Təhsil Mərkəzində ABŞ universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək

UniDestin Təhsil Mərkəzində ABŞ universitetlərinin iştirakı ilə təhsil sərgisi təşkil olunacaq.

"Report" xəbər verir ki, tədbir xaricdə təhsil almaq istəyən tələbələr, magistratura və doktorantura üzrə xaricdə akademik karyera planlayan gənclər üçün ABŞ-da təhsil imkanları haqqında birbaşa məlumat almaq imkanı yaradacaq.

Sərgidə iştirakçılar ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən görüşəcək, qəbul şərtləri, ixtisas seçimi, viza prosesi və təqaüd imkanları haqqında ətraflı məlumat əldə edəcəklər.

Sərgi noyabrın 17-də saat 16:30-dan 17:30-dək davam edəcək.

Tədbirdə Akron Universiteti (The University of Akron), Avila Universiteti (Avila University), Herzing Universiteti, Çikaqo Konkordiya Universiteti (Concordia University Chicago), LIM Kolleci, Rensselaer Politexnik İnstitutu, Penn State – Dickinson Hüquq Məktəbi təmsil olunacaqlar.

Tədbirin xüsusi qonaqları "InUni Global" şirkətinin rəhbər şəxsləri olacaq - Beynəlxalq Tələbə Qəbulu üzrə Qlobal Direktor Monica Sanchez və Beynəlxalq Tələbə Qəbulu və Tərəfdaşlıqlar üzrə Vitse-Prezidentin Müavini Blerina Polovina.

On ildən artıq beynəlxalq təhsil sahəsində təcrübəyə malik Monika Sançez tələbə qəbulu, qlobal tərəfdaşlıqlar və universitetlərlə əməkdaşlıq sahəsində uğurlu layihələri ilə tanınır.

Blerina Polovina isə ABŞ universitetlərinə beynəlxalq tələbə cəlb strategiyalarının qurulması və genişləndirilməsi sahəsində əldə etdiyi nailiyyətlərlə seçilir.

Tədbirdə iştirak ödənişsizdir. UniDestin mərkəzindən bildirilib ki, tədbir məhdud sayda iştirakçı ilə keçiriləcək və əvvəlcədən qeydiyyat edən tələbələrə üstünlük veriləcək.

Əlaqə: +994 55 848 03 09 / +994 50 836 44 99

Son xəbərlər

Bütün Xəbər Lenti