Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdə sıralaması yaxşılaşır

Elm və təhsil
  • 14 oktyabr, 2025
  • 11:32
Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdə sıralaması yaxşılaşır

Azərbaycan universitetlərinin qlobal reytinqlərdə sıralaması günü-gündən yaxşılaşır.

"Report" xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova "Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya" adlı panelda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, universitetlərin reytinqi ildən-ilə daha da yaxşılaşır, müsbət dinamika müşahidə olunur:

"Burada əsas rol məhz universitetlərə və onların komandalarına düşür. Məsələn, biz sırf dayanıqlı inkişaf reytinqlərinə baxsaq - "Times Higher Education Impact Ranking"də bu il artıq 28 Azərbaycan universiteti təmsil olunur. Halbuki, ondan əvvəlki il bu rəqəm cəmi 18 idi, ondan əvvəlki il 9, ondan da əvvəl isə heç biri göstərici yox idi. Yəni, çox açıq şəkildə görürük ki, son illərdə bu sahədə çox müsbət və yüksələn bir dinamika var".

Son xəbərlər

Bütün Xəbər Lenti