TQDK sədri 5 rayonun sakinləri ilə görüşəcək
- 02 mart, 2016
- 13:57
Bakı. 2 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şabranda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş martın 11-də saat 11:00-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində (Şabran şəh., H.Əliyev prospekti, 60a) olacaq.
Qəbulda Şabran, Quba, Qusar, Siyəzən, Xaçmaz rayon sakinləri iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Xaçmaz regional bölməsinə (Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç., 7B, tel: (023 32) 50121) müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran, Quba, Qusar, Siyəzən rayon təhsil şöbələrinə də müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.