Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib
- 05 sentyabr, 2026
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzava deyib.
Vaşinqtonda ABŞ-nin ticarət naziri Hovard Latnik və ticarət nümayəndəsi Ceyson Qrir ilə görüşdən sonra R.Akadzava jurnalistlərə bildirib ki, Tokio ABŞ tərəfi ilə sıx əməkdaşlığı davam etdirəcək.
Məlumata görə, investisiya proqramı ABŞ iqtisadiyyatının əsas sahələrinə Yaponiya sərmayələrini stimullaşdırmaq üçün müəyyən edilib və ötən il əldə olunmuş ticarət sazişinin əsas elementlərindən birinə çevrilib.
Saziş çərçivəsində ABŞ Prezidenti Donald Tramp Yaponiya mallarına 15 faizlik idxal tarifləri müəyyən etməyə və Yaponiya iqtisadiyyatının əsas sektorlarından biri olan avtomobillər üçün rüsumları azaltmağa razılaşıb.