TQDK Qabiliyyət İmtahanı komissiyalarından birini ləğv edib
- 05 may, 2015
- 06:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) müvafiq əmrinə əsasən xüsusi qabiliyyət tələb edən ixtisasların istiqamətləri üzrə Qabiliyyət İmtahanı komissiyaları (QİK) yaradılıb.
Bu barədə “Report”a TQDK-dan məlumat verilib.
QİK-lər iki ünvanda, o cümlədən Bədən tərbiyəsi və idman üzrə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində (“Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” – komissiya 66) və Musiqi sənəti üzrə Lənkəran şəhərində TQDK-nın Lənkəran Regional bölməsində (“Musiqi sənəti” – komissiya 34 (orta ixtisas təhsili müəssisələri)).
Həmçinin həmin əmrə əsasən Bakı şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (“Səda” Tədris Teatrı) orta ixtisas təhsili müəssisələri üçün yaradılmış “Bədii yaradıcılıq” – komissiyası (54 orta ixtisas təhsili müəssisələri) ləğv edilib.