TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb

Elm və təhsil
  • 07 mart, 2016
  • 11:57
TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb

Bakı. 7 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının 2016-cı il martın 6-da keçirilən birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Bu barədə "Report"a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Bakalavrlar Apellyasiya Komissiyasına 9-11 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.


44 filmi