Təhsil nazirinin müavini: "3 şəhər və 9 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı işlər aparılır"

Elm və təhsil
  • 07 noyabr, 2015
  • 11:06
Təhsil nazirinin müavini: 3 şəhər və 9 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı işlər aparılır

Bakı. 7 noyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanın 3 şəhər və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi ilə bağlı tədbirlər həyata keçirilir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

O bildirib ki, noyabr-dekabr ayları ərzində proses tamamlanacaq: "1 yanvar 2016-cı ildən etibarən isə 3 şəhər və 9 rayonda yeni qaydalar əsasında həm dərs yükünün hesablanması, həm də yeni qayda ilə əmək haqlarının tətbiqinə başlanılacaq". 

44 filmi