Sabunçuda minik avtomobili yük avtomobilinə çırpılıb, ölən var

Hadisə
  • 30 oktyabr, 2026
  • 09:21
Sabunçuda minik avtomobili yük avtomobilinə çırpılıb, ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.

"Report" xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi MAN markalı yük avtomobilin yarımqoşqusuna dəyib.

Sürücü B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.