Tarixi Muzeyinə Şamaxıda aşkarlanan saxsı küpün içərisində olan dəfinə təhvil verilib

Elm və təhsil
  • 10 aprel, 2018
  • 06:49
Tarixi Muzeyinə Şamaxıda aşkarlanan saxsı küpün içərisində olan dəfinə təhvil verilib

Bakı. 10 aprel. REPORT.AZ/ AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinə Şamaxı şəhərində aşkarlanmış saxsı küpün içərisində olan dəfinə təhvil verilib.

"Report" AMEA-ya istinadən xəbər verir ki, 21 ədəd tam, 860 qr. paslı və fraqmentşəkilli sikkələrdən ibarət olan dəfinə muzeyin Bərpa laboratoriyasına göndərilib. Təmizləndikdən sonra bu dirhəmlərin Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edildiyi müəyyən olunub.

Bir sıra Qafqaz dəfinələrində aşkarlanmış, X əsrin sonu – XI əsrin əvvəllərinə aid şirvanşahların adları olan belə sikkələr Azərbaycanda sikkə zərbi və pul ticarətinin səciyyəvi cəhətlərini açıqlayan faktdır.

44 - Tezliklə