Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb, nöqsanlar aşkarlanıb

Elm və təhsil
  • 06 mart, 2024
  • 08:47
Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb, nöqsanlar aşkarlanıb
Eşqi Bağırov

Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb, nöqsanlar aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda 9 illik təhsil icbari olduğundan həmin müddətdə ciddi pozuntu olmayıbsa, kənarlaşdırılma yolverilməzdir: "Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb, nöqsanlar aşkarlanıb və ciddi xəbərdarlıqlar edilib. Monitorinq sırf davamiyyətlə bağlı olmayıb, sadəcə, həmin müddətdə buna da fikir verilib".

44 filmi