Son 3 ayda bağçalarda 282 yeni tərbiyəçi-müəllim işə qəbul olub

Elm və təhsil
  • 01 aprel, 2024
  • 14:21
Son 3 ayda bağçalarda 282 yeni tərbiyəçi-müəllim işə qəbul olub

Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 282 yeni tərbiyəçi-müəllim işə qəbul olub.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

44 - Tezliklə