Sarayevoda "Qərbi Balkanlar - irəliləyə gedən yol” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Elm və təhsil
  • 17 iyun, 2021
  • 09:25
Sarayevoda Qərbi Balkanlar - irəliləyə gedən yol” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Amerikanın Xarici Siyasət üzrə Milli Komitəsi (NCAFP) və Sarayevo Müştərək Cəmiyyətlər Fondu ilə birgə 28 iyun 2021-ci il tarixində Sarayevoda "Qərbi Balkanlar - irəliləyə gedən yol” mövzusunda beynəlxalq konfrans keçirəcək.

Mərkəzdən "Report"a verilən məlumata görə, bu, Nyu-Yorkda 2019-cu il BMT Baş Assambleyası çərçivəsində təşkil olunan ilk NCAFP və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəyirmi masasında başlayan "Qərbi Balkanlar - irəliləyiş yolu" adlı layihənin davamıdır.

COVID-19 pandemiyasının yaratdığı dərinləşən qeyri-müəyyənlik və Qərbi Balkan ölkələrinin daxili işlərinə zərərli xarici faktorların davamlı müdaxiləsi fonunda, bu bölgə üçün irəli gedən yolu nəzərdən keçirmək və qiymətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edəcəkdir.

Balkanlar, Avropa və Dünya COVID-19 pandemiyasının yaratdığı qlobal krizislə, mürəkkəb və çətin olan dərin sosial, iqtisadi, siyasi və ekoloji problemlərin həllini dahada çətinləşdirib.

Bu Forum həm də iqtisadi inkişaf, regional əməkdaşlıq və Qərbi Balkanlarda inteqrasiya kimi əsas xarici siyasət məsələləri üzrə dialoqa əsaslanacaqdır. Çətin məsələləri həll etmək və Qərbi Balkanlar bölgəsi ilə lazımi şəkildə yenidən əlaqə qurmaq, zəmanəmizin ən mürəkkəb məsələləri ilə bağlı siyasət hazırlamaqda tövsiyələr təqdim edəcək.

Açılış nitqini Bosniya və Herseqovina prezidenti Sefik Dzaferoviç edəcək. Tədbirdə Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti Susan Elliott , İrlandiyanın sabiq baş naziri Bertie Ahern, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Baş Katibin müavini İlahə İbrahimli və digər şəxslər iştirak edəcəklər.