Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunan daha bir məktəb istifadəyə verilib
Elm və təhsil
- 16 sentyabr, 2024
- 11:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Heydər Əliyev Fondu tərəfindən inşa edilən Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbi istifadəyə verilib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, 1975-ci ildə tikilən və tamamilə yararsız vəziyyətə düşən Şamaxı rayonu Hacıqədirli kənd tam orta məktəbi üçün yeni bina inşa olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəbdə 132 şagird təhsil ala bilər.
Üç korpusdan ibarət iki mərtəbəli yeni məktəb binasında 10 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.
Qeyd edək ki, məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Son xəbərlər
01:45
Almaniyada İŞİD-çi saxlanılıb
Digər ölkələr01:20
Fransada kütləvi etirazlara görə yüzlərlə lisey onlayn təhsilə keçəcək
Digər ölkələr00:56
Putin: Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşdırılmasını dəstəkləyir
Region00:45
UEFA Millətlər Liqası: Almaniya Serbiyanı, Niderland Yunanıstanı sınağa çəkib
Futbol00:26
Eritreya Efiopiya ilə diplomatik əlaqələri kəsib
Digər ölkələr00:13
Tramp Polşada ABŞ hərbi bazasının yaradıla biləcəyini açıqlayıb
Digər ölkələr23:50
ABŞ-nin energetika naziri: Dizel bazarında vəziyyət gərgin olaraq qalır
Digər ölkələr23:36
WSJ: ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupunu göndərəcək
Digər ölkələr23:21