Quba Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Elm və təhsil
  • 28 dekabr, 2017
  • 14:44
Quba Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Quba. 28 dekabr. REPORT.AZ/ Quba Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub. 

"Report"un bölgə müxbirinin məlumatına görə, müvafiq əmrlə Loğman Müslümov bu vəzifədən azad olunaraq onun yerinə Rüfət Hacıyev təyin olunub.

Qeyd edək ki, R.Hacıyev bu vəzifəyədək rayonun Qəçrəş kənd orta məktəbinin direktoru olub.