Orfoqrafiya Komissiyası bir sıra sözlərin yazılışının dəyişdirilməsi barədə qərar qəbul edib

Elm və təhsil
  • 13 sentyabr, 2018
  • 13:17
Orfoqrafiya Komissiyası bir sıra sözlərin yazılışının dəyişdirilməsi barədə qərar qəbul edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.

"Report" xəbər verir ki, mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılacaq: hüsnxət, kilovat, rəsmxət və s.

Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.

Roma rəqəmlərindən sonra şəkilçi yazılmaması məsələsi isə bundan sonra həm də qanunvericiliklə tənzimlənəcək: beşinci – V, onuncu – X və s.

Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.

44 filmi