Nazir: "Teledərslərdən 1 milyon 600 min şagird yararlanıb"

Elm və təhsil
  • 27 aprel, 2020
  • 13:14
Nazir: Teledərslərdən 1 milyon 600 min şagird yararlanıb
Təhsil naziri Ceyhun Bayramov
Report

"Aprelin 29-da teledərslərin 1 000-ci buraxılışı yayımlanacaq".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 1 milyon 600 min şagird bu teledərslərdən yararlana bilib.

Nazir qeyd edib ki, bu günə 650 min şagird və müəllim virtual məktəb layihəsindən qeydiyyatdan keçib.