Nazir müavini: Növbəti tədris ilindən peşə təhsili müəssisələrində tələbələrin sayı 50 minə çata bilər

Elm və təhsil
  • 14 oktyabr, 2025
  • 13:06
Nazir müavini: Növbəti tədris ilindən peşə təhsili müəssisələrində tələbələrin sayı 50 minə çata bilər
İdris İsayev

Növbəti tədris ilindən peşə təhsili müəssisələrində təhsil alan tələbələrin sayı 50 minə çata bilər.

"Report" xəbər verir ki bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, orada əsasən dövlət sifarişli yerlər olacaq:

"Peşə təhsilinə qəbul sayını 2 dəfə artırmalıyıq. Növbəti tədris ilindən peşə təhsili müəssiələrində təhsil alan tələbələrin sayının 50 minə çatacağını görə bilərik. Çalışacağəq ki müəyyən edilmiş hədəfləri reallaşdıraq".

Nazir müavini əlavə edib ki, bu il peşə təhsili üzrə məktəblərə 27 mindən tələbə qəbul olunub və onların 84%-i dövlət sifarişi üzrədir:

"Bizim ali təhsil müəssisələrində isə tələbələrin yalnız 50 faizi dövlət sifarişi üzrə qəbul olunur. Bir tələbəyə orta hesabla xərclər 600–700 manat təşkil edir. Bəzi hallarda isə məsələn, bir tələbəyə illik xərclər 2 min 700 manat olur.

Ən çox xərclərimiz isə məktəbəqədər təhsil müəssisələrinə sərf olunur. Burada bir uşağa təxminən 4 000-4 500 manat xərclənir. Bunun əsas səbəbi burada qida seqmentinin olmasıdır, yəni uşaqlara qida verilir. Bu səbəbdən də xərclər daha yüksəkdir".

Son xəbərlər

Bütün Xəbər Lenti