Müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
Elm və təhsil
- 10 avqust, 2021
- 13:01

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi həyata keçiriləcək.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Eyni zamanda müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Son xəbərlər
22:23
Video
NASA alimləri Marsda qədim həyatın mümkün izlərini aşkar ediblər
Digər ölkələr22:23
Yəməndə İsrail zərbələri nəticəsində ölənlərin sayı 35-ə çatıb - YENİLƏNİB-2
Digər ölkələr22:18
Türkiyə beynəlxalq ictimaiyyəti İsrailə təzyiqləri artırmağa çağırıb
Region22:07
Polşa Baş nazirinin həyat yoldaşının avtomobili oğurlanıb
Digər ölkələr21:54
Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb
Hadisə21:53
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirib
Futbol21:48
Gəncədə azyaşlı bədbəxt hadisə nəticəsində ölüb
Hadisə21:42
Netanyahu Yəməndə husiləri yeni zərbələrlə hədələyib
Digər ölkələr21:42