Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq multikulturalizm qış məktəbi təşkil olunacaq

Elm və təhsil
  • 09 fevral, 2016
  • 07:05
Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq multikulturalizm qış məktəbi təşkil olunacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq multikulturalizm qış məktəbi təşkil olunacaq.

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir fevral ayının 10-da keçiriləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə ayrı-ayrı xarici ölkələrdən olan mütəxəssis və tələbələrə müxtəlif mövzularda mühazirələr oxunacaq.

Qonaqlar, həmçinin muzeyin eksponatları ilə yaxından tanış olacaqlar.

44 filmi