Məleykə Abbaszadə Yardımlıda vətəndaşları qəbul edəcək
- 09 iyun, 2015
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.
TQDK-dan "Report"a verilən xəbərə görə, qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayon sakinləri iştirak edə bilərlər.
İyunun 19-da saat 12:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək qəbula getmək istəyən vətəndaşlar Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya TQDK-nın Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara rayon təhsil şöbələrinə, eləcədə TQDK-nın Lənkəran Regional Bölməsinə müraciətə etməlidir. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etmələri xahiş olunur.