İki şəxsin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb

Elm və təhsil
  • 21 iyul, 2015
  • 13:25
İki şəxsin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncamla musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı iki şəxsin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər:

Əsgərzadə Cəmilə Fuad qızı – Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi

Əzimova Çinarə Mehman qızı – Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi.