Firudin Qurbanov: “Biz çox çətin bir yol keçmişik”
- 08 iyun, 2022
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bu gün ölkəmizin sürətli inkişafını müzakirə edirik. Biz tarixi qələbə qazanmışıq. Bütün bunların “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabında yer alması isə olduqca önəmlidir”.
“Report”un xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdiyi iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimat mərasimində deyib.
“Biz çox çətin bir yol keçmişik. Kitaba nəzər yetirəndə bunu açıq şəkildə görmək mümkündür. Orada çətinliklər gizlədilməyib və onları necə aradan qaldırmaq da göstərilib. Kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin də fəaliyyəti çox gözəl şəkildə qeyd olunub. Bunları dəyərləndirmək çox vacibdir. Bu kitabın gənclərin vətənpərvərlik ruhunda böyüdülməsində xüsusi rolu olacaq. Onu da qeyd edim ki, təhsil müəssisələrində bu kitabın öyrənilməsinə xüsusi diqqət göstərəcəyik”, - nazir müavini bildirib.