Emin Əmrullayev: “Sentyabrdan minlərlə müəllimin əməkhaqqına əlavələr ediləcək”

Elm və təhsil
  • 09 sentyabr, 2022
  • 07:49
Emin Əmrullayev: “Sentyabrdan minlərlə müəllimin əməkhaqqına əlavələr ediləcək”
Emin Əmrullayev

“Sertifikatlaşma prosesindən öncə gedən dedi-qodulara baxmayaraq 98 faiz müəllim sertifikasiya prosesində iştirak etdi”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir sertifikasiyada iştirak edən müəllimlərə təşəkkür edib: “Prosesin sonunda yaxşı nəticələrlə qarşılaşdıq. Artıq minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqqına əlavələr olacaq”.