Əməkdar müəllim: Blogerlik edən müəllimlərin dərsi izah etməyə necə vaxt çatdırdığını anlamıram
- 05 oktyabr, 2026
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Özlərini, keçdikləri dərsin videosunu paylaşan müəllimlərin şagirdlərə dərsi izah etməyə necə vaxtı çatdığını anlamaq olmur.
Bunu "Report"a müsahibəsində əməkdar müəllim, 246 nömrəli məktəb-liseydə ibtidai sinif müəlliməsi Sevda Namazova deyib.
"Mən müəllimlərin sosial şəbəkələrdə çox olmağının tərəfdarı deyiləm. Məsələn, bəzi müəllimlər özlərini, keçdiklərini və sinifdən videolar paylaşırlar. Düşünürəm bəs onlar dərsi nə vaxt keçirlər? Mən çatdırmıram. Mövzunun çətinliyindən uşaqlara mənimsətməyə vaxt çatdırmıram. 45 dəqiqə nədir ki? Bəzən 45 dəqiqə heç nəyə çatmır. Sinifdə mövzunu oxuyub, izah edə-edə, uşaqların başa düşməsini gözləyə-gözləyə vaxt gedir. Çünki hamı eyni cür mənimsəmir".
S. Namazova izah edib ki, el arasında blogerlik edən müəllimlər kimi adlanan şəxsləri nəzərdə tutur:
"Mən başa düşmürəm, onlar necə vaxt çatdırır. Həm video çəkir, həm də dərs deyirlər. Şagirdlər həmin müəllimi sevirlər. Sevəcəklər də. Mən də şagirdlərimə desəm ki, uşaqlar, dərsi qoyun kənara, video çəkək, onlar, əlbəttə, sevinəcəklər".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz: