DİM ilə ABŞ səfirliyi xarici dil üzrə birgə layihələr həyata keçirəcək

Elm və təhsil
  • 08 iyul, 2024
  • 13:53
DİM ilə ABŞ səfirliyi xarici dil üzrə birgə layihələr həyata keçirəcək
Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzi (DİM) ilə ABŞ-nin Azərbaycandakı səfirliyi arasında xarici dil üzrə birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə edilib.

“Report”a DİM-dən daxil olan məlumata görə, bu məsələ DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Tərəflər görüş zamanı ötən illərdə səfirliyin dəstəyi əsasında ingilis dili üzrə müəllimlərin peşəkar inkişafı və qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi ilə bağlı icra edilmiş layihələrin nəticələrini də dəyərləndiriblər.

Həmçinin yaxın gələcəkdə xarici dilin qiymətləndirilməsi və müxtəlif fənlər üzrə ingilis dilində tapşırıqların hazırlanması, eləcə də müəllim, ekspert və markerlərin peşəkar inkişafı üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində ilkin razılığa gəlinib.

Sevil Seymur