Bu gündən dörd şəhər, bir rayonda məktəblər bağlandı
Elm və təhsil
- 04 aprel, 2021
- 20:00
Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq qərar verilib.
Belə ki, aprelin 5-dən qeyd olunan ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili başlayır.
Distant tədris zamanı dərslərin "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilməsi nəzərdə tutulub. Nazirlik şagirdlərə “Dərs vaxtı” teledərslərini izləməyi tövsiyə edib.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Son xəbərlər
21:53
Azərbaycan güləşçiləri U-23 dünya çempionatında tarixi uğura imza atıblar
Fərdi21:50
Braziliyada narkotik satanlara qarşı əməliyyatlarda 132 nəfər öldürülüb
Digər ölkələr21:50
Avropa İttifaqı Gürcüstan hökumətinə təşəkkür məktubu ünvanlayıb
Region21:39
COP29-dan COP30-a keçid və XIII Qlobal Bakı Forumuna hazırlıq mövzusunda yüksək səviyyəli görüş keçirilib
COP2921:34
Çempionlar Liqası: "Qarabağ"ın oyununa 22 500 bilet satılıb
Futbol21:20
BAEA İranın nüvə obyektlərində aktivlik müşahidə edib
Region21:15
Foto
"Nine Senses" qalereyasında "Od, Su və Öpüşlər" sərgisi açılıb
Sərgilər21:01
İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq
Region20:56