BDU-nun doktoranturasına qəbulda iştirak edəcək namizədlərin sayı açıqlanıb
- 12 may, 2022
- 10:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 2022-ci il üçün doktoranturaya qəbul imtahanlarına 289 nəfər qatılacaq.
BDU-dan "Report"a verilən məlumata görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında 264 namizəd iştirak edəcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani bölməsinə 68, qiyabi bölməsinə 190, dissertanturaya 6 nəfər sənəd verib.
Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında isə 25 nəfər iştirak edəcək. Elmlər doktoru proqramı üzrə doktoranturanın qiyabi bölməsinə 17 nəfər, dissertanturaya 8 nəfər sənəd verib.
Dövlət İmtahan Mərkəzinin xarici dil üzrə qəbul imtahanında məqbul qiymət alan namizədlər BDU-da keçiriləcək fəlsəfə və ixtisas fənləri üzrə imtahanlarda iştirak edəcəklər.