Bakıdakı 109 nömrəli məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Elm və təhsil
  • 06 sentyabr, 2016
  • 07:23
Bakıdakı 109 nömrəli məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.